Şirvanda neft quyusunda qaz püskürməsi davam edir.
“İki sahil” xəbər verir ki, ötən gün saat 21 radələrində "Şirvan Oil Company LTD"-nin 1 saylı neft-qaz çıxartma sahəsində, 715 saylı neft quyusunda baş verən yanğına keçməyən qaz püskürməsi davam edir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan şəhər Yanğından Mühafizə Dəstəsinə məxsus qüvvə və vasitələri, həmçinin digər dövlət qurumlarının əməkdaşları hadisə yerində cəlb edilib.
Püskürmənin yanğına keçməməsi üçün preventiv tədbirlərin həyata keçirilməsi işləri davam edir.
Yüksək təzyiq səbəbindən Hazırda püskürmənin qarşısını almaq mümkün deyil.
Agentliyin nümayəndələri İspaniyada keçirilən beynəlxalq seminarda iştirak ediblər
Agentlikdə Beynəlxalq Elektrotexniki Komissiyanın baş katibi ilə görüş keçirilib
Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq