İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS EN 30-2-2:2023 “Qazla işləyən məişət mətbəx cihazları – Hissə 2-2: Enerjidən səmərəli istifadə - Məcburi konveksiya sobalara və/və ya qrillərə malik cihazlar” yeni dövlət standartı qəbul edilib.
“İki sahil”in Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbərinə görə, bu standart yanar qazlardan istifadə edən məcburi konveksiya sobaları və ya qrilləri olan qaz bişirmə cihazlarının enerji səmərəliliyinə dair tələbləri və sınaq üsullarını müəyyən edir.
Standart layihəsi rəy və təkliflərin bildirilməsi məqsədilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi ilə rəsmi qaydada razılaşdırılıb.
Agentliyin nümayəndələri İspaniyada keçirilən beynəlxalq seminarda iştirak ediblər
Agentlikdə Beynəlxalq Elektrotexniki Komissiyanın baş katibi ilə görüş keçirilib
Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq