Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) xarici və yerli tərəfdaşlarla birlikdə müxtəlif sektorları əhatə edən ümumi investisiya dəyəri 2.7 mlrd. ABŞ dollara yaxın təşkil edən 24 layihənin təhlilini aparır. Bu layihələr müxtəlif sənaye sahələrini o cümlədən, yaşıl və alternativ enerji, qida sənayesi, əczaçılıq, kimya və s. əhatə edir.
Bu barədə “İki sahil”ə İqtisadiyyat Nazirliyindən bildirilib.
Qeyd edilib ki, ötən il ümumi investisiya dəyəri 560 mln manat təşkil edən 8 layihə AİŞ-in Müşahidə Şurası tərəfindən təsdiq edilib. Sözügedən layihələrdə AİŞ-in iştirak payı 42 mln. manat məbləğində nəzərdə tutulub. Layihələrin icrası nəticəsində yeni istehsal sahələrinin yaradılması və 600-dək nəfərin daimi işlə təmin olunması planlaşdırılır.
Agentliyin nümayəndələri İspaniyada keçirilən beynəlxalq seminarda iştirak ediblər
Agentlikdə Beynəlxalq Elektrotexniki Komissiyanın baş katibi ilə görüş keçirilib
Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq