2024-cü il ərzində Araz su anbarından Heydər Əliyev Su Anbarına suyun verilməsi layihəsi icra olunacaq.
“İki sahil” xəbər verir ki, bu məqsədilə yeni nasos stansiyasının və diametri 1200 mm olan 30 km uzunluğunda qoşa boru xəttinin tikintisi reallaşdırılacaq. Bununla bağlı tender proseduru artıq yekunlaşıb. Müvafiq miqdarda maliyyə vəsaitləri ayrılıb.
Bu su xəttinin çəkilməsi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək. Proqramın "Təfsilatlı Tədbirlər Planı" üzrə həm bu, həm də digər infrastruktur layihələrinin də maliyyələşdirilməsi üçün ilkin olaraq 44 milyon 680 min manat vəsait ayrılıb.
Bununla da, Naxçıvan şəhəri, Babək və Kəngərli rayonlarının əraziləri davamlı suvarma suyu ilə təmin ediləcək.
Qeyd edək ki, son illər mövcud quraqlıqlarla əlaqədar Heydər Əliyev Su Anbarına kifayət qədər su ehtiyatı toplanıla bilmirdi. Bu da xüsusən yay aylarında sözügedən rayonların içməli və suvarma su təminatında ciddi narahatlıqlar yaradırdı. Araz su anbarından yeni su xəttinin çəkilməsi bu ciddi problemi həll edəcək.
Agentlikdə Beynəlxalq Elektrotexniki Komissiyanın baş katibi ilə görüş keçirilib
Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış tədbiri Azərbaycanın turizm iqtisadiyyatında canlanma yaradır
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib