Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində turizm və ictimai iaşə sahəsində 19 dəfə artıma nail olunub.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Turizm Sənayesi Subyektlərinin Forumunda deyib.
O bildirib ki, bu dövr ərzində ölkəmizə səfər edən əcnəbilərin sayı 3 dəfədən çox artıb.
"Eyni zamanda, mehmanxana və mehmanxana tipli müəssisələrdə gecələmələrin sayı 8 dəfəyə yaxın çoxalıb. Son 20 ildə turizmin qeyri-neft iqtisadiyyatında payı təxminən 4 dəfə artaraq 0,7 faizdən 3,3 faizə yüksəlib. Turizm sahəsində muzdla çalışan işçilərin sayı 6,5 dəfə, cəmi məşğulluq isə 4,1 dəfə artıb".
Agentlikdə Beynəlxalq Elektrotexniki Komissiyanın baş katibi ilə görüş keçirilib
Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış tədbiri Azərbaycanın turizm iqtisadiyyatında canlanma yaradır
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib