Azərbaycanın işğaldan azad olunmuş ərazilərində turizm potensialı araşdırılır, yeni layihələr üzərində işlər aparılır.
“İki sahil” xəbər verir ki, bunu "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Bakıda keçirilən "Turizm Sənayesi Subyektlərinin Forumu"nda bildirib.
"Həmin ərazilərdə sürətli quruculuq və bərpa işləri aparılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yenidən dirçəlir. Bu regionun turizm potensialı araşdırılır, yeni layihələr üzərində işlər aparılır. Əminliklə deyə bilərik ki, bu bölgə tezliklə Prezident İlham Əliyevin rəhbərliyi altında dünyada füsunkar təbiəti, memarlıq abidələri və turizm imkanları ilə tanınan gözəl məkana çevriləcək", - deyə o qeyd edib.
Agentlikdə Beynəlxalq Elektrotexniki Komissiyanın baş katibi ilə görüş keçirilib
Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış tədbiri Azərbaycanın turizm iqtisadiyyatında canlanma yaradır
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib