Azərbaycan yaxın gələcəkdə bütün Qafqazda turizm sahəsi üzrə ilk yeri tutacaq.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədrinin müşaviri Müzəffər Ağakərimov bu gün keçirilən Turizm Sənayesi Subyektlərinin Forumunda bildirib.
Onun sözlərinə görə, bunun üçün əsas var: “Azərbaycan əhalinin sayına, heç bir bloka qoşulmadığına, sabitliyinə, qonaqpərvərliyinə, mətbəxinə və digər amillərə görə bütün dünyada turistləri cəlb edir. Əvvəlki illərdə Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilən zaman qonaqlar verdikləri müsahibələrində əsasən Azərbaycan xalqının qonaqpərvərliyi, mətbəxi, təbiətimizin onları valeh etdiyini deyiblər. Gələn hər qonaq özü ilə sonradan çoxlu qonaq gətirir".
Agentlikdə Beynəlxalq Elektrotexniki Komissiyanın baş katibi ilə görüş keçirilib
Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış tədbiri Azərbaycanın turizm iqtisadiyyatında canlanma yaradır
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib