Yanvarın 11-də "Yaraq Qazmalar" buraxılış məntəqəsindən Rusiya ərazisində satış məqsədilə Azərbaycandan idxal olunmuş və 18,63 tonluq (306 min ədəd) növbəti ərzaqlıq yumurta partiyası buraxılıb.
"İki sahil" bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
"Yük müvəqqəti saxlama anbarına gətirildikdən sonra qida məhsulunun keyfiyyət və təhlükəsizliyinin təmin olunması məqsədilə nümunələr götürülüb. Yanvarın 11-dək Rusiyaya Azərbaycandan 1,5 milyon ədəd (90,63 ton) ərzaqlıq yumurta gətirilib", - "Rosselxoznadzor"un məlumatında deyilir.
Qeyd edək ki, bu gün Azərbaycanda toyuq yumurtalarının gündəlik istehsalı təqribən 5 milyon ədəd, gündəlik tələbat isə təqribən 3,6 milyon ədəddir. Yalnız tələbatdan artıq məhsul ixrac edilir.
Agentlikdə Beynəlxalq Elektrotexniki Komissiyanın baş katibi ilə görüş keçirilib
Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış tədbiri Azərbaycanın turizm iqtisadiyyatında canlanma yaradır
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib