2023-cü ildə dünyada elektrikli avtomobillərin satışı 31% artaraq 13,6 milyon ədəd təşkil edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" Britaniyanın “Rho Motion” konsaltinq şirkətinə istinadən məlumat yayıb.
Şirkətin meneceri Çarlz Lester agentliyə deyib ki, böyümə sürəti yavaşlayır, bu kimi bazarlarda belə hal gözləniləndir: "Hər il ikiqat artım ola bilməz".
2023-cü ildə satışın 9,5 milyonunu tam elektrik avtomobili, qalan hissəni isə hibrid avtomobillər təşkil edib. Tam elektrik avtomobillərinin satışı ABŞ və Kanadada 50 %, Avropada 27 %, Çində isə 15 % artıb.
Agentlikdə Beynəlxalq Elektrotexniki Komissiyanın baş katibi ilə görüş keçirilib
Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış tədbiri Azərbaycanın turizm iqtisadiyyatında canlanma yaradır
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib