Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,28 ABŞ dolları, yaxud 0,3 % azalaraq 84,04 ABŞ dolları təşkil edib.
“İki sahil” xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 78,29 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
Dağ-mədən sənayesinin inkişafında yeni mərhələ: Zəngin resurslar iqtisadi gücə çevrilir