23 yanvar 2024 08:22
255

ABŞ-də 6G-nin tətbiqinə 2030-cu ildə başlanılacağı gözlənilir

ABŞ hakimiyyəti altıncı nəsil simsiz rabitənin (6G) tətbiqinin təxminən 2030-cu ildən başlayacağını gözləyir.

“İki sahil” xəbər verir ki, bunu ABŞ dövlət katibinin beynəlxalq informasiya və kommunikasiya siyasəti üzrə köməkçisinin müavini Stiv Lenq deyib.

“Düşünürəm ki, gözlədiyimiz növbəti nəsil - 6G-nin, tətbiqi təxminən 2030-cu ildə başlayacaq”, - o deyib.

ABŞ rəsminin sözlərinə görə, hazırda 6G şəbəkələri üçün tezliklər müəyyənləşdirilir.