Vitamin D zooplanktondan tutmuş insanlara qədər canlı orqanizmlərin fəaliyyəti üçün tələb olunan unikal maddədir. D vitamini orqanizmin bir çox həyati funksiyalarında mühüm rol oynayır. Onun başadüşülən və hələ də tam başa düşülməyən 400 və ya daha çox bioloji prosesdə iştirak etdiyi güman edilir. Gəlin, D vitamini və onun sağlamlıq üçün əhəmiyyəti haqqında 9 əsas fakta nəzər salaq:
Gündə lazım olan D vitamini dozasını yalnız qidalardan ala bilməzsiniz
Məsələn, qızılbalıqda bu vitaminin tərkibi 100 q-da 600-1000 IU olduğu halda, sənaye təsərrüfat məhsulunda bu dəyər 100 q-da 100-250 IU-a düşür. Bir çox məhsullarda D vitamininin konsentrasiyası daha aşağıdır. Yəni, bir gündə bir kiloqram balıq yeməyə hamının imkanı çatmır. Bunun əvəzinə şəhərinizdəki apteklərdən asanlıqla D vitamini həbləri ala bilərsiniz və qida əlavələri qidada D vitamini çatışmazlığına əla alternativ ola bilər.
İnsan orqanizmində D vitamininin iki növü eyni vaxtda sintez olunur
Kolekalsiferolun (D3) sintezi UB şüalarının təsiri altında dəridə baş verir. Qidadan isə orqanizm erqokalsiferol (D2) alır. Bu vitaminlərin hər ikisi oxşar kimyəvi quruluşa malikdir və eyni metabolik mərhələlərdən keçir. İlkin vəziyyətdə D vitamini aktiv olmur və yalnız müəyyən fermentlərin köməyi ilə qaraciyər və böyrəklərdə aktivləşmə prosesindən keçdikdən sonra öz funksiyalarını yerinə yetirməyə başlayır. Bu proses nəticəsində vitamin bağırsaqlarda kalsiumun sorulmasını artıra və orqanizm tərəfindən mənimsənilməsini yaxşılaşdıra bilən hormona çevrilir.
D vitamini saxlanıla bilməz
Əgər D vitamini müəyyən müddət ərzində həddindən artıq istehlak edilərsə, orqanizm bu komponentdən gündəlik istifadə etdiyi üçün onu ehtiyatda saxlamaq olmur. Daha əvvəl də qeyd etdiyimiz kimi D vitamini kimyəvi proseslərdə mühüm rol oynayır və tövsiyə olunan gündəlik doza mütəxəssislər tərəfindən təsadüfi hesablanmır. Odur ki, yayda günəş altında çox vaxt keçirirsinizsə və lazımi miqdarda müxtəlif vitaminlərlə zəngin qidalar yeyirsinizsə, bu, ilin digər vaxtlarında ixtisaslı həkimlərin məsləhətinə ehtiyac olmayacağı anlamına gəlmir.
Universal vitamin dozası yoxdur
Müxtəlif ölkələrdə tövsiyə olunan gündəlik doza günəş işığının yüksək olduğu ərazilər üçün 400 IU, digər bölgələr üçün 1000 IU-ya qədər dəyişə bilər. Tövsiyə olunan doza iqlimdən asılıdır, həm də coğrafi enlik buna təsir edir, çünki günəş radiasiyasının intensivliyi ilin vaxtından asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər.
D vitamini sintezi prosesi insanın dərisinin rəngindən asılı olaraq fərqlənir
Tünd dərili insanlarda D vitamini çatışmazlığı daha çox olur. Bu, tünd dəridə çox miqdarda olan melaninin ultrabənövşəyi şüaları udması ilə əlaqədardır ki, bu da D vitamini istehsalını azaldır. Buna görə də tünd dərili insanlara D vitamini çatışmazlığının qarşısını almaq üçün tələb olunan gündəlik dozanı almaq üçün günəşdə olmaq daha çox tələb olunur.
SPF tərkibli kremlər D vitamini sintezini zəiflədir
Tədqiqatlar göstərir ki, SPF-15 tərkibli kremlər D vitamini sintezini 90 %-ə qədər azaldır. Buradan belə qənaətə gəliblər ki, günəşdən qorunma kremlərini yalnız üz dərisinə çəkmək lazımdır. Bədənin digər hissələrinə bu kremi bir neçə gündən bir tətbiq etmək daha yaxşıdır.
D vitamini şüşədən keçə bilməz
Bu maddənin əmələ gəlməsi üçün işıq və UVB şüalanması lazımdır. Sadəcə solaryuma baş çəkməklə D vitamini əldə edilə bilməzsiz, çünki UVA lampaları yalnız vahid bronzlaşma üçün istifadə olunur.
Nubar Süleymanova, “İki sahil”