Qoşulmama Hərəkatı Azərbaycanın təşkilata sədrliyi sayəsində güclənib.
“İki sahil” xəbər verir ki, bu barədə Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə bildirib.
Baş katib deyib ki, Qoşulmama Hərəkatı əvvəllər fəal olmayıb. Lakin Azərbaycanın təşkilata sədrliyi sayəsində Hərəkatın fəallığı və beynəlxalq münasibətlər sistemində mövqeyi güclənib. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ideyasının gerçəkləşməsini çox yüksək qiymətləndirən Baş katib Hərəkatın dünyada vacib rolunu qeyd edib. O, Parlamentlərarası İttifaqın bu Parlament Şəbəkəsinin fəaliyyətinə istənilən dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar
Vüqar Rəhimzadə: Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ başlayır
Prezident İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
Özbəkistanlı tələbə Prezident İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO