Beynəlxalq Parlamentlər İttifaqı Ermənistanın və Azərbaycanın parlament nümayəndələri arasında dialoq üçün platforma ola bilər.
“İki sahil” xəbər verir ki, bu təkliflə Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq fevralın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
Dövlət başçısı bu təşəbbüsü yüksək qiymətləndirərək iki ölkənin parlamentləri arasında məhz bu platformada dialoqun aparılmasının Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur