Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov veb-kamera quraşdırılmasının insanları güdmək olmadığını bildirib.
“İki sahil”in məlumatına görə, o, qurumun bu gün keçirilən iclasında ötən gün veb-kameraları izləyəndə fərqi özünün də müşahidə etdiyini deyib:
"Əsas məsələ odur ki, səsvermə günü heç bir xoşagəlməz hal baş verməsin. Tam arxayınam ki, səsvermə şəffaf keçiriləcək".
MSK sədri vurğulayıb ki, səsvermə kabinəsinin içərisini çəkmək üçün ən az 10 kamera lazımdır: "Guya iddia edirlər ki, insanları güdmək üçün məntəqəyə kamera quraşdırılır. Bu iradlar absurddur, bəhanədir. Veb-kamera qoymaq insanları güdmək deyil".
Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub
Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - YENİLƏNİB
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib