Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edəcək türk təşkilatları və ATƏT PA nümayəndələri Türkiyənin Azərbaycandakı səfirliyində olublar.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “X”də yazıb.
O bildirib ki, prezident seçkilərində müşahidəçi qismində iştirak edəcək Türkiyə Böyük Millət Məclisi (TBMM), Türk Dövlətləri Parlament Assamleyası (TÜRKPA), ATƏT PA və Parlamentlərarası Dostluq Qrupundan olan millət vəkilləri Türkiyə səfirliyində olublar.
"İkitərəfli əlaqələr və görülən işlərlə bağlı məlumat verdik", - o vurğulayıb.
Azərbaycan–Özbəkistan münasibətləri Türk dünyasının inteqrasiyası üçün nümunəvi model formalaşdırır
Vüqar Rəhimzadə: Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib
Azərbaycan və Özbəkistan: Dərin köklərə və strateji müttəfiqliyə söykənən sarsılmaz dostluq