Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə Ukrayna və Moldovada qeydiyyata alınan seçicilərin sayı bəlli olub.
“İki sahil” xəbər verir ki, Ukraynada 600, Moldovada 100 Azərbaycan vətəndaşı olan seçici qeydiyyatdadır.
Azərbaycanın hər iki ölkənin paytaxtı - Kiyev və Kişineudakı səfirliklərində seçki məntəqələri yaradılıb.
Seçicilər sabah - fevralın 7-də müvafiq olaraq məntəqələrində səs verə biləcəklər.
Səsvermə həmin ölkələrdə yerli vaxtla 08:00-dan 19:00-a qədər keçiriləcək.
Azərbaycan–Özbəkistan münasibətləri Türk dünyasının inteqrasiyası üçün nümunəvi model formalaşdırır
Vüqar Rəhimzadə: Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib
Azərbaycan və Özbəkistan: Dərin köklərə və strateji müttəfiqliyə söykənən sarsılmaz dostluq