Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbədənkənar prezident seçkilərini izləməsi üçün dəvət edilməməsinə Mərkəzi Seçki Komissiyası cavabdeh deyil.
“İki sahil” xəbər verir ki, bu barədə MSK sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.
O xatırladıb ki, seçki qanunvericiliyinə əsasən, üç qurum beynəlxalq müşahidəçi dəvət edə bilər: "Bunlar Milli Məclis, Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasıdır:
"Bu qurumların dəvət etdiyi təşkilatlar və şəxslər seçkiləri müşahidə etmək üçün gələ bilərlər. AŞPA-nı dəvət etmək isə bizim səlahiyyətimizdə deyil. Bu baxımdan onların dəvət edilməməsinə görə də cavabdeh deyilik".
Azərbaycan–Özbəkistan münasibətləri Türk dünyasının inteqrasiyası üçün nümunəvi model formalaşdırır
Vüqar Rəhimzadə: Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib
Azərbaycan və Özbəkistan: Dərin köklərə və strateji müttəfiqliyə söykənən sarsılmaz dostluq