Seçki prosesi milyonlarla insanın iştirakı olan prosesdir.
“İki sahil” xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, çatışmazlıqlarla bağlı kimsə məlumat versə, onu aradan qaldıracaqlar: “İndiyə qədər bizə çatışmazlıqla bağlı müraciət daxil olmayıb. Amma seçkinin keçirildiyi gün bu gündür. Seçki səsvermə günü məntəqələrdə baş verən hadisələrlə qiymətləndirilir. Bütün məntəqələr tələb olunan səviyyədə təchiz edilib ki, onlar öz vəzifələrinin öhdəsindən ləyaqətlə gələ bilsinlər. Səsvermə günü seçki subyektlərinin bir müqəddəs borcu var ki, seçicinin hüququ pozulmasın. İkincisi, məntəqə seçki komissiyasının işinə heç kimin müdaxilə etmək hüququ yoxdur. Bir daha müşahidəçilərə müraciət edirəm ki, bunu nəzərə alsınlar”.
Vüqar Rəhimzadə: Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib
Azərbaycan və Özbəkistan: Dərin köklərə və strateji müttəfiqliyə söykənən sarsılmaz dostluq
Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib