Salyanda növbədənkənar prezident seçkiləri üzrə səsverməyə start verilib.
“İki sahil” xəbər verir ki, rayonda 64 saylı Salyan və 65 saylı Salyan – Biləsuvar – Neftçala seçki dairələri fəaliyyət göstərir.
Dairədə 38-i Salyan, 6-sı Biləsuvar və 5-i Neftçalada olmaqla 49 seçki məntəqəsi yaradılıb.
Bu gün keçirilən növbədənkənar prezident seçkilərində 52 min 195 seçicinin iştirakı gözlənilir. Seçki prosesini izləmək üçün 9 məntəqədə ( 4-ü şəhərdə, 3-ü kənddə, 2-si isə Biləsuvarda) veb-kamera quraşdırılıb. Səsverməni 692 yerli, ATƏT-in iki, MDB-nin bir müşahidəçisi izləyir.
Dairə seçki komissiyasının sədri Səlamət Kərimovun “Report”un yerli bürosuna verdiyi məlumata görə, məntəqələrdə seçicilərin aktivliyi müşahidə olunur. Səsvermə zamanı hələlik hər hansı bir qanun pozuntusu qeydə alınmayıb.
Qeyd edək ki, növbədənkənar prezident seçkilərində dairə üzrə 2 062 nəfər ilk dəfə, bu gün 18 yaşı tamam olan 4 nəfər isə öz səsvermə hüququndan istifadə edəcək.
Vüqar Rəhimzadə: Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib
Azərbaycan və Özbəkistan: Dərin köklərə və strateji müttəfiqliyə söykənən sarsılmaz dostluq
Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib