Azərbaycanın Rusiyadakı səfirliyindəki seçki məntəqəsində növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə prosesi başlayıb.
“İki sahil” xəbər verir ki, Moskvada seçki məntəqəsi saat 08:00-da fəaliyyətə başlayıb və Moskva vaxtı ilə saat 19:00-a qədər açıq olacaq.
Səsvermədə 18 yaşına çatmış Azərbaycan vətəndaşları iştirak edə bilər.
Ölkədən kənarda yaşayan və ya müvəqqəti olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarını təmin etmək üçün 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Onlardan dördü Rusiyada yerləşir: ikisi Moskvada, biri Sankt-Peterburqda, biri isə Yekaterinburqda.
Vüqar Rəhimzadə: Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib
Azərbaycan və Özbəkistan: Dərin köklərə və strateji müttəfiqliyə söykənən sarsılmaz dostluq
Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib