Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə Ermənistan parlamentinin rəhbəri Alen Simonyan martın 23-27-də İsveçrədə görüşə bilər.
“İki sahil” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamenti sədrinin ofisindən uyğun sorğuya cavab olaraq bildirilib.
Məlumata görə, konkret təkliflər hələ daxil olmayıb, görüşün belə formatı müzakirə edilə bilər.
Bir müddət əvvəl Beynəlxalq Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Sahibə Qafarova ilə Alen Simonyanın danışıqlarına qurumun ev sahibliyi edəcəyinin planlaşdırıldığını bildirmişdi.
Azərbaycan və Özbəkistan: Dərin köklərə və strateji müttəfiqliyə söykənən sarsılmaz dostluq
Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO