Yer üzündəki iqlim dəyişikliyi səbəbindən çox güclü qasırğaların olacağı gözlənilir.
“İki sahil” xəbər verir ki, bu cür fəlakətləri təsnif etmək üçün yeni kateqoriyaya ehtiyac yaranıb. Bu nəticəyə Lourens Berkli Milli Laboratoriyasının amerikalı klimatoloqları gəliblər.
Mövcud Saffir-Simpson qasırğa şkalasına 1-dən (33-42 m/s) 5-ə (70 m/s-dən çox) qədər beş kateqoriya daxildir.
Artıq Laurensa Laboratoriyasının alimləri, Saffir-Simpson şkalası üzrə hipotetik 6-cı kateqoriya (85m/s) təqdim ediblər.
“Məqsədimiz riskin böyüklüyünü və qlobal istiləşmə şəraitində qasırğaların getdikcə daha çox problemə çevriləcəyini diqqətə çəkməkdir”, - deyə elmi işin müəlliflərindən biri Maykl Vehner bildirib.
Avropa komissarı: Rusiya mərmi istehsalına görə bütün Aİ ölkələrindən iki dəfə böyükdür
Belçika Ermənistan və Azərbaycan arasında sülhün tezliklə imzalanacağına ümid edir
Avropa Komissiyası 1978-ci ildə Suriya ilə imzalanmış əməkdaşlıq sazişinin bərpasını təklif edib