Bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı prosesi izləmək mənim üçün çox xoşdur. Seçki komissiyaları öz işlərini çox mükəmməl şəkildə qurublar. Müşahidələrimizə əsasən seçicilərin fəallıq nümayiş etdirdiyini deyə bilərəm.
“İki sahil” xəbər verir ki, bu sözləri Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxodjayev Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşdə deyib.
Z. Nizamxodjayev seçkilərdə xüsusilə də gənclərin daha fəal şəkildə iştirak etdiklərini bildirib. “Hər şey şəffaf və qaydalara uyğun şəkildə həyata keçirilir. Ümid edirik ki, Azərbaycan xalqı gələcək inkişafı naminə ən yaxşı namizədinə səs verəcək”, – deyə o əlavə edib.
Azərbaycan və Özbəkistan: Dərin köklərə və strateji müttəfiqliyə söykənən sarsılmaz dostluq
Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO