Şuşada olmaqdan çox məmnunuq. İşğaldan azad olunduqdan sonra burada keçirilən seçki prosesində böyük coşqu yaşandığını görürük.
“İki sahil” xəbər verir ki, bunu Şuşa şəhərində prezident seçkilərinin gedişini izləyən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) nümayəndəsi Tahir Akyürek söyləyib.
“Seçici fəallığının şahidi olduq. Gözəl təşkilatçılıq var. Seçkilərin Azərbaycan xalqı üçün, Türk dünyası üçün xeyirli olmasını diləyirik”, – deyə TÜRKPA nümayəndəsi bildirib.
Azərbaycan və Özbəkistan: Dərin köklərə və strateji müttəfiqliyə söykənən sarsılmaz dostluq
Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO