Azərbaycan sakinləri növbədənkənar prezident seçkilərində səs vermək istəyənlərin çoxluğu ilə əlaqədar seçki məntəqələrində növbələrə düzülmüşdülər.
İki sahil “NEWS.ru”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov məlumat verib.
“Biz seçici axınının olacağını gözləyirdik. Bir çox məntəqələr açılanda səs vermək istəyənlər çox idi. Şəxsən mən səs verən zaman bir saata yaxın növbədə gözlədim”, - o deyib.
F.Cavadov qeyd edib ki, Azərbaycanda 6,4 milyona yaxın seçici var, onların əksəriyyəti səs verib.
Onun fikrincə, bu, ölkə üçün yaxşı göstəricidir. MSK üzvü vurğulayıb ki, bu il Qarabağda ilk dəfə seçkilər keçirilib.
Azərbaycan və Özbəkistan: Dərin köklərə və strateji müttəfiqliyə söykənən sarsılmaz dostluq
Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO