Naxçıvan şəhərində Prezident İlham Əliyevə dəstək yürüşü keçirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri artıq başa çatıb.
"Exit-poll"un nəticələrinə görə, seçicilərin 92,60 faizi İlham Əliyevə səs verib. Bu münasibətlə Naxçıvan şəhərində yerli sakinlər tərəfindən avtoyürüş təşkil edilib.
Yürüş şəhərin Babək məhəlləsindən Heydər Əliyev prospektinə kimi davam edib. Yürüşdə yerli sakinlər İlham Əliyevin seçkilərdəki qələbəsini Azərbaycan bayraqları və səsləndirdikləri şüuarlarla qeyd ediblər.
Azərbaycan və Özbəkistan: Dərin köklərə və strateji müttəfiqliyə söykənən sarsılmaz dostluq
Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO