Bu il fevralın sonundan Azərbaycan Asiya Parlament Assambleyasına sədrlik edəcək.
“İki sahil” xəbər verir ki, bunu Asiya Parlament Assambleyasının Baş katibi Məhəmməd Rza Məcidi Bakıda keçirdiyi mətbuat konfransında deyib.
“Asambleyanın fevralın sonunda keçiriləcək iclasında təşkilata sədrlik Türkiyədən Azərbaycana keçəcək”, - o bildirib.
Qeyd edək ki, ötən ilin noyabrında Türkiyənin Antalya şəhərində Asiya Parlament Assambleyasının (APA) İcraedici Şurasının iclası keçirilib və bu toplantıda Azərbaycan 2024-2025-ci illər üçün APA-nın sədri seçilib.
Azərbaycan və Özbəkistan: Dərin köklərə və strateji müttəfiqliyə söykənən sarsılmaz dostluq
Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO