08 fevral 2024 11:18
335

Prezident seçkiləri Azərbaycan üçün böyük bir demokratik bayram idi - İƏT Baş katibinin müavini

Biz İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament Asambleyasının üzvləri olaraq Azərbaycanda növbədənkənar prezident seçkilərində beynəlxalq müşahidəçi kimi iştirak etmişik.

“İki sahil” xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Parlament Asambleyasının Baş katibinin müavini, heyət rəhbəri Əli Əsgər Mohammadi Sicani Azərbaycanda keçirilən növnədənkənar Prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

"Bir çox seçki məntəqələrində müşahidələr apardıq. Birmənalı olaraq, seçkilərin çox aktiv, demokratik, şəffaf formada, prosedurlar uyğun keçdiyinin şahidi olduq. Növbədənkənar Prezident seçkiləri Azərbaycan üçün böyük bir demokratik bayram idi.