Seçkilər insidentsiz ötüşüb və beynəlxalq standartlara uyğun aparılıb.
“İki sahil” xəbər verir ki, bunu Bosniya və Herseqovina Parlamentinin nümayəndə heyətinin rəhbəri Cemal Smajik Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, seçki prosesinin rahat keçməsi sevindiricidir: "Bu hal seçki boyu müşahidə olunub. Seçkinin demokratik mühitdə keçirilməsi o deməkdir ki, hər şey qaydalara uyğun təşki edilib. İnanıram ki, Azərbaycan öz keçmişini qoruyub saxlamaqla parlaq gələcəyini qurmağı təmin edəcək. Əminəm ki, iki ölkə arasındakı dost münasibətləri gələcəkdə də davam edəcək".
Azərbaycan və Özbəkistan: Dərin köklərə və strateji müttəfiqliyə söykənən sarsılmaz dostluq
Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO