08 fevral 2024 11:49
358

Braziliyalı deputat: Bütün seçki prosesi çox şəffaf və demokratik şəkildə keçirilib

Bütün seçki prosesi çox şəffaf və demokratik şəkildə həyata keçirilib.

“İki sahil” xəbər verir ki, bunu Brazilya parlamentinin nümayəndəsi Nelson Trad Filxo deyib.

Onun sözlərinə görə, 7 seçki məntəqəsinə səfər ediblər:

"Brazilyalı senator və həmçinin həkiməm. Buraya seçkiləri müşahidə etməyə gəlmişik. Biz müşahidə zamanı seçicilərin çoxunun qadın olduğunu gördük və düşünürəm ki, bu, çox müsbət haldır".

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir.

Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.