08 fevral 2024 12:01
282

Azərbaycanda prezident seçkiləri tam şəffaf keçirildi - Afif Demirkan

Azərbaycanda növbədənkənar Prezident seçkiləri beynəlxalq müşahidəçilərin iştirakı ilə tamamilə şəffaf keçirilib.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini, beynəlxalq müşahidəçi Afif Dəmirkan Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

Onun sözlərinə görə, beynəlxalq müşahidəçilərin iştirakı, o cümlədən səsvermə prosesinin şəffaflığı və aşkarlığı, seçkilərdən əvvəl qutuların yoxlanılması, bütün seçki məntəqələrinə baş çəkilməsi və KİV-in fəal iştirakı seçkilərin qanuni və ədalətli keçirildiyini təsdiqləyir. .

"Hər şey yaxşı başladı, biz seçki qutularının boş olmasına əmin olduq və hər şey qaydasında getdi. Yeddi seçki məntəqəsində olduq və gördük ki, bütün seçicilər sakit və pozitivdirlər", - o vurğulayıb.