08 fevral 2024 20:43
414

Türkmənistandakı səfirlikdə qeydiyyatda olan seçicilərin 90,53 faizi prezident seçkilərində iştirak edib

Azərbaycanın Türkmənistandakı səfirliyində əhatə dairəsi üzrə qeydiyyatda olan vətəndaşlarımızın 90,53 faizi növbədənkənar prezident seçkilərində iştirak edib.

“İki sahil” xəbər verir ki, bu barədə səfirlikdən bildirilib.

Növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri ilə əlaqədar diplomatik nümayəndəlikdə 48 nömrəli seçki məntəqəsi təşkil edilmişdi.

Müvəqqəti olaraq Türkmənistanda yaşayan və burada ezamiyyətdə olan vətəndaşlarımız seçki fəallığı nümayiş etdiriblər.