Beynəlxalq ictimaiyyətin Ermənistanın hərbi cinayətlərinin qarşısını ala bilməməsi bu ölkənin cəzasızlıq hissinə təkan verməkdən başqa bir işə yaramır.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
O vurğulayıb ki, Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə daxil olmasının Ermənistan ordusunun 600-dən çox mülki azərbaycanlını qətlə yetirdiyi Xocalıda yeni kütləvi məzarlığın açılması ilə eyni vaxta düşməsi olduqca simvolikdir.
Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında iqtisadi əməkdaşlıq sazişini təsdiqləyib