Azərbaycan Respublikası Prezidentinin "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" 2023-cü il 30 dekabr tarixli Sərəncamına əsasən, muxtar respublikanın yubileyinin keçirilməsi ilə bağlı yaradılan təşkilat komitəsi üzvlərinin seçimi ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubiley loqotipi təsdiq edilib.
“İki sahil” xəbər verir ki, loqotipin müəllifi Naxçıvan Rəssamlar Birliyinin üzvü Nahid Əliyevdir.
Loqotipdə Naxçıvanın rəmzi olan Möminə Xatun türbəsinin naxışları ilə əks etdirilən 100 rəqəminin aşağı hissəsində dövlət bayrağımızın rənglərindən istifadə edilib. Loqotipin sol aşağı hissəsində isə “1924-2024 Naxçıvan Muxtar Respublikası” sözləri yazılıb.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında iqtisadi əməkdaşlıq sazişini təsdiqləyib
Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır