10 fevral 2024 01:35
437

İnsanların məntiqi səviyyəsi aşağı düşür?

Amerikalıların onlayn sınaqları göstərib ki, ABŞ-da insanlar IQ testlərində çox zəifləyiblər. Əvvəllər elm adamları bunun əksini müşahidə edirdilər: illər ərzində göstəricilərin tədricən artması, yəqin ki, təhsilin əlçatanlığının artması və hər yeni nəsillə insanların ümumi intellektual inkişafı səviyyəsinin artması baş verirdi.

Lakin 2006-2018-ci illər arasında könüllülər arasında keçirilən onlayn IQ testlərinin nəticələri alimləri təəccübləndirib.

Elm adamları orta IQ ballarının daimi artımını “Flynn” effekti adlandırırlar. Bu termin ilk dəfə 1994-cü ildə tətbiq edilib. Güman edilir ki, bəşər övladı hər növbəti nəsillə daha ağıllı olur, buna görə də orta intellekt əmsalı (IQ) artır.

Əvvəlki araşdırmalar ardıcıl nəsillərdən olan insanların IQ testlərində daha yüksək bal topladığını aşkar edərək bu nəzəriyyəni dəstəkləyirdi. 1932-2000-ci illər arasında 3-5 bal artım olmuşdu.

Amma son vaxtlar dünyada vəziyyətin dəyişməsi müşahidə edilir. Son bir neçə ildə çoxsaylı araşdırmalar göstərib ki, bir çox Avropa ölkələrində IQ balları azalır. Müşahidələr, göstərib ki, bu,  ABŞ-da da belədir.

ABŞ-da böyüklər tərəfindən 12 il ərzində keçirilən onlayn IQ testlərinin nəticələrini tədqiqatçılar yeni elmi məqalələrində dərc ediblər. Məlum olub ki, IQ balları cinsindən asılı olmayaraq bütün yaş qrupları üçün aşağı düşüb.

Tədqiqatçılar onu da müəyyən ediblər ki, ən kəskin azalma gənclər arasında müşahidə olunur və bəzi bacarıqlar, məsələn, məkan mülahizələri əvvəlki nəsillərə nisbətən daha yaxşı olsa da, digər bacarıqlar, məsələn, problem həll etmək, rəqəmlər seriyasını qiymətləndirmək və şifahi-məntiqi əsaslandırmalar pisləşib.

Tədqiqatçılar bu zəifləməni izah etməyə çalışmaq üçün hələki heç bir araşdırma aparmayıblar, ancaq onlar bunun texnologiyanın hədsiz inkişafı və təhsil sistemindəki dəyişikliklərlə bağlı ola biləcəyini ehtimal edirlər. Hesab edirlər ki, texnologiyanın verdiyi rahatlıq insan beynini də istər-istəməz “tənbəlləşdirib”.

Nubar Süleymanova, “İki sahil”