Azərbaycan Cüdo Federasiyanın əməkdaşları “Cüdo Klub 2012”də cüdoçularla maarifləndirici görüş keçiriblər.
“İki sahil” xəbər verir ki, sessiyada şagirdlərlə “Bullying”in mənası, onun potensial riskləri və ona qarşı durmağın əhəmiyyəti müzakirə edilib.
Hər bir uşaq “Söz verirəm" sertifikatını imzalayıb, bu isə onların qısnamaya qarşı olduqlarını simvolizə edib. Bundan əlavə, uşaqlar məlumatlandırıcı bukletlər və qolbaqlar əldə ediblər.