12 fevral 2024 17:43
252

Azərbaycanda yeni yaradılan hokkey komandasının açıq məşqi keçirilib

Azərbaycanda yeni yaradılan hokkey komandasının açıq məşqi keçirilib.

“İki sahil”in məlumatına görə, hazırlıq prosesi Heydər Əliyev adına İdman-Konsert Kompleksindəki buz meydançasında gerçəkləşib.

18 idmançıdan ibarət kollektivdə müxtəlif yaş qrupundan olanlar yer alıb.

Əsas məqsəd gələcəkdə Azərbaycanın hokkey millisinin heyətini formalaşdırmaqdır.