13 fevral 2024 13:07
628

Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib- YENİLƏNİB

Konstitusiya Məhkəməsi fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərinin nəticəsini təsdiqləyib.

“İki sahil”in xəbərinə görə, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qərarı elan edib.

Qərara əsasən, Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib.

Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 92,12 faiz səslə prezident seçkilərində qalib gəlib.

***

Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun prezident seçkiləri bağlı keçirilən iclasında hakimlər qərarın elan olunması üçün müşavirəyə gediblər.

“İki sahil”in xəbərinə görə, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumun qərarını elan edəcək.