Lənkəranda dəm qazından zəhərlənmə halları baş verib.
“İki sahil” xəbər verir ki, 1964-cü il təvəllüdlü Naibə Bilal qızı İbrahimova və onun qızı 2003-cü il təvəllüdlü Fatimə Tofiq qızı İbrahimova dəm qazından zəhərləniblər.
Şirinsu qəsəbəsinin sakini 1987-ci il təvəllüdlü Gülarə Tofiq qızı Fətullayeva da dəm qazından zəhərlənib.
Hər üç şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının acil şöbəsinə çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib.
Faktlarla bağlı araşdırma aparılır.
Sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi nə qədər olub?
Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna MEDİA-TUR TƏŞKİL OLUNUB