"Barselona"nın baş məşqçisi Xavi Çempionlar Liqasının 1/8 final mərhələsində "Napoli" ilə ilk oyundan gözləntilərini bölüşüb.
"İki sahil" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, mütəxəssis 1/4 finala adlamaq üçün əllərindən gələni edəcəklərini deyib:
“Napoli” güclü rəqibdir. Yaxşı müdafiə olunmaq və əks-hücumlara imkan verməmək bizim üçün prinsipial olaraq vacibdir. Çətin oyun olacaq.
Bundan sonra nə olacağını düşünmürük. Əsas məqsədimiz 1/4 finala çıxmaqdır. Komandada daha çox birlik var, reaksiya çox yaxşıdır. O cümlədən prezident Joan Laportadan və Dekudan, paltardəyişmə otağındakı mühitdən razıyam.
Biz həmişəki kimi meydana qələbə üçün çıxacağıq. Çünki biz “Barselona”yıq. “Barselona” üçün heç-heçə yaxşı nəticə deyil”.
Qeyd edək ki, bu gün keçiriləcək "Napoli" - "Barselona" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında cavab görüşü martın 12-də keçiriləcək.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var