21 fevral 2024 12:12
426

“TEKNOFEST 2024”ə müraciət müddəti uzadılıb

“TEKNOFEST” Aviasiya, Kosmos və Texnologiya Festivalı çərçivəsində təşkil edilən, dünyanın ən böyük texnologiya yarışmasına olan sıx maraq və tələb səbəbiylə müraciət müddəti uzadılıb. “TEKNOFEST 2024” üçün müraciət müddəti 29 fevral 2024-cü il tarixinə qədər uzadılıb.

“TEKNOFEST ilə Gələcək sənsən” devizi ilə nüfuzlu yarışmalarda yüksək performans nümayiş etdirəcək texnologiya həvəskarlarına 30 milyon türk lirəsi mükafat və dəyəri 55 milyon lirədən çox avadanlıq dəstəyi veriləcək.

Türkiyə tarixinin ən böyük mükafatlı texnologiya yarışması olan və hər il əvvəlki ilə nisbətən daha çox yarışma kateqoriyasının açıldığı “TEKNOFEST” texnologiya yarışmaları bu il 46 əsas kateqoriya və 117 alt kateqoriyada təşkil edilir.

Gənclərin milli texnologiyanın istehsalına və inkişaf etdirilməsinə marağını artırmaq məqsədi ilə bu sahələrdə çalışan minlərlə gəncin layihələrini dəstəkləmək üçün davam edən “TEKNOFEST”ə 2018-ci ildən bu yana 2 milyondan çox müraciət edilib. “TEKNOFEST 2024” üçün ibtidai məktəbdən orta məktəbə, liseyə, universitetə, magistraturaya və magistratura səviyyələrinə qədər təhsil alan minlərlə bacarıqlı gənc arzularını reallaşdırmaq üçün müxtəlif kateqoriyalar üzrə təşkil edilən texnologiya yarışmalarına müraciət edir.

Orxan Vahidoğlu, "İki sahil"