Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Borussiya"ya (Dortmund) qarşı keçirilən matç PSV-nin futbolçusu Luuk de Yonq üçün əlamətdar olub.
“İki sahil” xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.
33 yaşlı hücumçu görüşdə fərqlənib. Nəticədə o, PSV-nin heyətində ÇL-də 9-cu qolunu vurub. Bununla da De Yonq Ruud van Nistelroyu geridə qoyaraq PSV-nin Çempionlar Liqasındakı bombardiri olub.
De Yonq bunu 23 oyuna bacarıb.
Xatırladaq ki, PSV - "Borussiya" oyunu 1:1 hesabı ilə yekunlaşıb. Bu komandalar arasında cavab matçı martın 13-də keçiriləcək.