21 fevral 2024 23:08
353

Azərbaycan UNESCO-da Beynəlxalq Ana Dili Günündə təmsil olunub

Azərbaycan UNESCO-da Beynəlxalq Ana Dili Günündə təmsil olunub.

“İki sahil” xəbər verir ki, Fransanın paytaxtı Parisdə UNESCO-nun baş gərarhahında Beynəlxalq Ana Dili Günü münasibətilə beynəlxalq tədbir keçirilib.

Tədbirdə Azərbaycanın məşhur şairəsi Xurşidbanu Natəvanın şeirləri ifa olunub, azərbaycan dili, eləcə də mətbəxi, nağılları, aforizmləri, florası, görkəmli şəxsləri, xalçalarına həsr edilmiş kitablardan ibarət stend təşkil edilib. Qonaqlara ölkəmizin tarixi, mədəniyyəti, dili haqqında ətraflı məlumat verilib. Tədbirdə, həmçinin Azərbaycanın ən gözəl guşələrindən olan Qarabağ və onun qədim tarixi haqqında məlumat verilib.

Qeyd edək ki, Beynəlxalq Ana Dili Gününün qeyd edilməsi Banqladeş tərəfindən təklif olunub və 1999-cu ildə UNESCO-nun Baş Konfransında təsdiq edilib. Bu tarixdən etibarən hər ilin 21 fevral tarixi təntənəli şəkildə qeyd olunur. (Report)