23 fevral 2024 11:57
606

Mikrodalğalı sobalar xərçəng yaradır? - ŞOK!

Tərkibində yağ olan məhsullar, o cümlədən süd mikrodalğalı sobada qızdırıldıqda insan sağlamlığı üçün zərərli ola bilər.

“İki sahil” xəbər verir ki,  bu fikirləri “Sputnik” radiosuna açıqlamasında dietoloq, tibb elmləri namizədi Rimma Moisenko deyib. “Bilirsinizmi, mikrodalğa-kiçik dalğaların köməyi ilə qızdırılmadır. Belə olan halda istilik molekullara təsir edir. Deməli, bu, yağların kimyəvi tərkibini dəyişə bilər. Mikrodalğalı sobalardan istifadə etməklə qızdırılan təbii yağlar trans yağlara çevrilir. Təbii yağlar mikrodalğalı sobada qızdırıldıqda trans piylərə çevrilir və əgər məhsulun tərkibində əvvəldən trans yağ olubsa, bu halda, həmin məhsul  zəhərli formaya çevrilə bilər”- deyə ekspert bildirib.

Ekspert bildirib ki, eyni hal süd tərkibli uşaq qidalarına da aiddir. Həkimin sözlərinə görə, bu gün uşaqların, eləcə də böyüklərin çox istifadə etdiyi “fast-food” yeməklər də yennidən qızdırıldıqda sağlamlıq üçün xüsusi təhlükə yaradır.

Bəs, mikrodalğalı sobadan istifadə etməyək?  

Dietoloq qeyd edib ki, sağlamlığa heç bir təhlükə olmayan çörək və ya taxıl məhsullarını yağsız qızdırıb yemək olar. Mikrodalğalı soba üçün uyğun olmayan qidalar elektrik və ya qaz sobasında qızdırıla bilər. Rimma Moisenko tövsiyyə edib ki, yemək yalnız bir dəfə qızdırılmalıdır. Təkrar isitmənin heç bir məhsula, hətta suya belə faydası yoxdur.

Qeyd edək ki, “BestDoctor” şirkətlər qrupunun onkoloqu Snejanna Qenninq bundan öncə açıqlayıb ki, mikrodalğalar xərçəng yaradır. O, qeyd etmişdi ki,  nasaz mikrodalğalı sobalardan və qızdırmaq üçün plastik qablardan istifadə etmək olmaz.

Nüsrət Məmmədov, "İki sahil"