23 fevral 2024 15:00
1170

Qərbi Azərbaycan ata-baba yurdumuzdur - TARİXÇİ-ALİM/ÖZƏL

“Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” beynəlxalq hüquqa əsaslanan sənəddir

2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcması Przident İlham Əliyevin İcmanın inzibati binasına gəlməsi ilə rəsmi sürətdə fəaliyyətə başlayıb. Bunun çox böyük əhəmiyyti var. Çünki Qərbi Azərbaycan Azərbaycanın bir hissəsidir. Qeyri-qanuni, Azərbaycan xalqının razılığı olmadan 1918, 1920-1921, 1926-1929-cü illərdə bu torpaqlar ermənilərə, Ermənistan SSR-in tərkibinə verilib. Bunun heç bir beynəlxalq hüquqi əsası yoxdur. 

Bu fikirləri “İki sahil”ə açıqlamasında tarixçi-alim Cəbi Bəhramov bildirib.

C.Bəhramov xatırladıb ki, son 106 il ərzində ermənilər tərəfindən xalqımızın milli-mədəni irsinə, tarixinə vurulan zərbələrin üzərinə törədilən cinayətləri də gəlsək ermənilər bu torpaqlarda yaşamaq haqqını itirir: “Çünki azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər, insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Bu gün Ermənistanın himayədarları onları bütün vasitələrlə müdafiə etsələr də, bunun heç bir huquqi, tarixi əsası yoxdur. Burada bizim təməl, legitimlik hüququmuz pozulub”.

O bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin elan etdiyi “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” beynəlxalq hüquqa əsaslanan sənəddir: “Hesab edirəm ki, Qərbi Azərbaycan İcması, onun rəhbərliyi və bütün Qərbi azərbaycanlılar çağırışa cavab verərək bu missiyanın reallaşdırılması üçün əllərindən gələni əsirgəməyəcəklər. Çünki Qərbi Azərbaycan əcdadlarımızın Vətəni, ata-baba yurdumuzdur”.

Günel Cəlilova, "İki sahil"