24 fevral 2024 14:00
370

Akif Əli Zadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Akif Ağa Mehti oğlu Əli Zadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

“İki sahil” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

A.Əli Zadə Azərbaycanda elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə fəxri diplomla təltif edilib.

Qeyd edək ki, Akif Əli Zadə 1934-cü ildə Bakıda anadan olub. O, 2013-2019-cu illərdə AMEA-nın prezidenti olub. Fevralın 25-də akademikin 90 yaşı tamam olur.