Azərbaycanın İstanbuldakı baş konsulluğu Xocalı soyqırımına həsr olunmuş konfrans təşkil edib.
“İki sahil” xəbər verir ki, Türkiyənin “Haber Global” telekanalı tədbir barədə reportaj hazırlayıb.
Faciənin 32-ci ildönümündə təşkil olunan mərasimdə çıxış edənlər 1992-ci ildə Xocalıda baş verənləri ötən əsrin ən qanlı hadisələrindən biri adlandırıblar.
Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva bildirib ki, Xocalı hadisələrinin 17 ölkənin müvafiq orqanları tərəfindən soyqırım olaraq tanınmasına baxmayaraq onun baiskarları hələ də cəzalandırılmayıblar.
Tədbirdə vurğulanıb ki, Türkiyə-Azərbaycan əməkdaşlığı soyqırımı günahkarlarının yaxalanması və ədalət mühakiməsinə verilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın xarici işlər naziri Müqəddəs Taxt-Taca və İtaliyaya rəsmi səfərə yola düşüb
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
Bakıda TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu işə başlayıb - YENİLƏNİB/FOTO
Azərbaycanla İran arasında əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb