Apendiksin orqanizmin lazımsız bir hissəsi olduğunu çox eşitmişik. Lakin müasir tədqiqatlar göstərir ki, kor bağırsağın çıxıntısı olan apendiks faydalı bakteriyaları xilas etmək üçün lazımdır.
Şiddətli diareya zamanı insan mikrofloranın çox hissəsini itirir: yoğun bağırsaqdan yuyulub gedir. Lakin apendiksdə-kor bağırsağın əlavəsində "gizlənmiş" bakteriyalar, xəstəlik bitdikdən sonra, onların yerini yenidən doldura və düzgün metabolizm və immunitet funksiyası üçün lazım olan mikrofloranı bərpa edə bilər.
Nubar Süleymanova, "İki sahil"