28 fevral 2024 08:03
228

Laçın sakini: Yerli “İsveçrəmizə” qayıdıram

Laçın yerli “İsveçrəmizdir”, doğma yurduma qayıdıram.

“İki sahil” xəbər verir ki, bu barədə doğma yurduna qayıdan Laçın sakini Bəşir Bəşirov söyləyib.

“Laçın daim “İsveçrə” ilə müqayisə olunub. Oralar bizim yerli “İsveçrəmizdir”. Məmləkətimizə qayıtdığımıza görə çox şadıq”, – sabiq məcburi köçkün vurğulayıb.

Onun sözlərinə görə, “Azərbaycan hökuməti bölgəni daha da abadlaşdıraraq İsveçrə səviyyəsinə çatdırıb”.

Xatırladaq ki, bu gün, fevralın 28-də, Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola salınıb.